Wednesday 19 August 2015

Səyahət və mənim bununla bağlı ilk təcrübəm

 Hər kəs böyük ehtimal ki, həyata gəlib ətrafı dərk edəndən sonra müxtəlif yerlərə, müxtəlif ölkələrə, müxtəlif qitələrə səyahət edib görüb-tanımaq istəyir. Mən də hər kəs kimi bunun arzusu ilə yaşamışam və hamı kimi bu istəyə daha da can atıram.


Mənim ilk səyahətim barədə: Kiçik yaşlarımdan bəzi ailələrdə olduğu kimi məni də incəsənətlə tanış etməyə görə millirəqs dərnəyinə yazdırdılar ( İnanıram ki, incəsənətə meyl artmağından çox, toyda "Filankəsin üşağına bax, necə rəqs edir " səbəbi bu dərnəyə yazılmağımın əsas meyarıdır ). İlk başlarda həvəssiz yanaşmağım müəyyən səviyyəyə çatmadığıma görə 1-2 festival səfərlərinə getməyimə imkan vermədi. Bundan sonra olan tənbehlərdən çıxardığım nəticə olaraq uyğun olaraq  qəsəbə, qəsəbə yerləşdiyi inzibati rayon, Bakı şəhəri , daha sonralar ölkə daxili və nəhayət ölkədən ilk dəfə kənar ölkəyə səfər etməyə imkan verdi . Həmin səfər barədə dəvət gələn gündən sonra səfərə qızğın səfərbərliy başladı və bir həftədən biraz artıq çəkən bu prosesdən sonra nəhayət ki yola düşəcəyimiz gün gəlib çatdı.
   Kiçik oldğum üçün hava limanına ailəmin müşaiəti ilə getdim. İlk dəfə hava limanına getdiyim üçün hər tərəfə "dörd gözlə" baxırdım, üstəlik heçkimdə olmayan uşaq marağı. Avtomobilin keçid məntəqəsindən çek alması, terminala giriş, sonra yoxlanışdan keçmək, daha sonra gözləmə üçün nəzərdə tutulmuş zalda oturub, divarda olan cədvəldən qarşısında  "landed" yazısı olan reysləri saymaqla uçuş vaxtını gözləmək. Uzun çəkən gözləmə sonrası ailələrimizlə görüşüb gözləmə zalını tərk edib səfər edəcəyimiz təyyarəyə tərəf yola düşdük. İlk dəfə olduğu üçün təsəvvür olunmayacaq dərəcədə olan həyəcanlı idim. Təyyarəyə çatdıq və növbə ilə yuxarı qalxıb salona, öz yerlərimizə keçdik.
   Səfərimiz Türkiyəyə və bəzi şəhərlərinə olduğu üçün Naxçıvana uçuş etməli olduq. 1saat çəkən səfər sonrası Naxçıvan hava limanına eniş etdik. Həmin hava limanı ətrafı açıqlıq olduğu üçün oraya da hədsiz marağla nəzər yetirdim. Daha sonra hava limanında Türkiyəyə gedəcəyimiz avtobusu gözləmək üçün restoranda bir qədər gözləməli olduq. Ətrafda gəzmək üçün 3-4 nəfər masadan ayrıldıq, daha sonra yola düşdüyümüzü xəbər verildiyi anda tələsik çantaları götürüb yola düşdük və tələsməyimizin nəticəsi olaraq bəzilərimiz (içi mən daxil) geyindiyimiz jaketlər orada qaldı. Hava soyuq olmağı daha da çətin vəziyyətə düşməyimizə səbəb oldu.Amma səfər öncəsi dərnəkdən verilən forma köməyimizə çatdı.
  Uzun çəkən sərhəd yoxlamasından sonra nəhayət ki, Türkiyə daxilinə keçdik və yorğun keçən gün sorası hərə bir yanda yer alıb yuxuya getdi. Fasilə üçün avtobus dayananda bizdə hava almaq üçün yerə endik. Ətrafa nəzər yetirəndə çox sürətli axan və gur bir çayın yaxınlığında dayanmışdıq. Soruşduqdan sonra öyrəndik ki, bu çay Araz çayıdı. Maraqla axışını seyr edib, dincimizi aldıqdan sonra yenidən yola düşdük.Yolüstü bəzi şəhərlərdə dayandıq bunlarda təkcə Iğdır bölgəsi yadımda qalsa da orada çox olmadığımızdan ora ilə bağlı bir təəssürat bildirə bilmirəm.
  Uzun çəkən (34 saat) avtobusla səfərmizdən sonra  Ankaraya çatdıq. Paytaxt və qədim şəhər olmağı elə ilk gördüyüm andan biraz darıxdırıcı gəlməyə başladı və heçnə ilə marağlanmadan sadəcə qaldığacağımız yerə getməyi arzuluyurdum. Bu vaxt hər birimizin ailələrə paylanacağımız bildirildi( bu yer marağlı gəldi ) və mən bir lisey direktoru ailəsinə düşdüm. Çox isti qarşılamaqları biraz rahat olmağıma kömək oldu. Ailədə - direktor olan ailə başçısı, xanımı və iki mənimlə yaşıd olan və yaşca məndən böyük olan  oğlan övladları var idi. İlk gün sonrası məni elə ilk dərs üçün liseyə apardılar. Sistemindən tutmuş sinif otağları, şagird formaları, davranışları marağlı gəlirdi. İlk sinifə girdiyim andan Yadplanetli kimi hərkəsin marağlı baxışlarına tuş gəldim( əla hissdi :) ). Sonra digər siniflərdə oldum, sonda direktor otağında müəllimlər və direktorla söhbət etdik. Burada söhbət əsnasında axşama bizi qonaq dəvət etdilər. Evə qayıdıb biraz şahmat sonra məhəllədə  futbol oynadıqdan sonra qonaq getdik.
   Qonaq getdikdən sonra bəzi müzakilərədən məlum oldu ki, yığışmağa əsas səbəb olaraq FB - GS oyunu var imiş. Məndən başqa hamı Fənərbaxça fanatı imiş. Oyun başalayana kimi məni də müzakilərə qatdılar, daha sonra kiçik olduğuma görə məni klubu dəyişməyə görə necə deyərlər "şirnikləndirirdilər". Oyun başladı və bitənə qədər bunlar klubum uduzduğuna(oyun zamanı) görə bu kluba fanatlığımı dəyişməyə görə təklifləri davam edirdi. Oyun 4-0 bitdi və sonda soruşulanda klubuma sadiq qaldığıma dair söz deyəndə ev sahibi buna görə gedəcəyim gün mənə hədiyyə söz verdi. Evə qaydıqdan sonra növbəti gün gedəcəyimiz yer barədə azacıqda olsa belə məlumat verildilər .
    Səhər yeməyini bitirdikdən sonra yola düşdük. Bir qədər uzun yol olsa da təbiət mənzərəli olan yerlər ilə getdiyimizə görə yol yorğunluğu olmadı.  Vadi deyilən gözəl bir məkana çatdıq. Ətraf yaşıl ağac dolu, bir qədər irəlidə axan, suyu buz kimi olan çay, ondan o tərəfdə isə hündür dağ içində oyulmuş olan yerdə restoran var idi. Çay üzərində körpü ilə keçib restoranda oturduq. Çox gözəl mənzərəli yer idi. Əsl nağıl aləminə səfər etmişdim desəm yalan olmaz. Yaxşı ki, özümlə fotoaparat götürmüşdüm və bu gözəllikləri çəkməyə cəhd etdim. Gözəl söhbət və yemək sonrası ətrafda olan meşəni azda olsa gəzdik. Bir qədər çəkən meşə gəzintisi sonrası bir qədər dincimiz alıb geriyə evə qayıtdıq. Burada qonaq qaldığımın son günü olduğu üçün evdə biraz əhval "yaş" idi. Səhər gecikməyim deyə çantamı hazırladım, sonra son dəfə də olsa ev sahibləri ilə şahmat oynadıq və bu şən əhval yaratmağına kömək oldu.
   Səhər getmək vaxtı çatdı və yola düşmək üçün ev sahibləri məni avtobusa kimi yola salmağa gəldilər. Avtobusa çatdıq. Elə bu ərəfədə mənə hədiyyə söz verən cənab özünü yetirdi və hədiyyəni mənə təqdim etdi. Hədiyyəni verdikdən sonra təşəkkürümü bildirdim. Sağollaşıb geri evə yola düşdük. Yolda uzun çəkən maraq sonrası səbrsizlik edib hədiyyəni açdım. Fanatı olduğum klub forması və arxasında adım yazılmışdı. Gözlərimə inanmadım və ani sevinc təbəssümü yarandı. Çox sevinmişdim. Artıq yolumuzun sonuna çatırdıq, bütün yolu başımı pəncərəyə dayamış halda yolu seyr edirdim. Beynimdə isə orada keçirdiyim günlər , festivaldan olan ən gözəl anlar sürətli kadr kimi keçirdi, illər əvvəl olan bir hadisə kimi .
   Bu da mənim ilk səyahətim barədə olan təəssüratlarım idi. Üstündən uzun zaman keçməsinə baxmayaraq ilk olduğu üçün belə əsas yaddımda qaldığı hissələri sizlə paylaşdım. Oxuduğunuz üçün təşəkkürlər.






                                                                      THE END

4 comments:

  1. əllərinə sağlıq

    ReplyDelete
  2. yaxşı başlanğıcdır.
    qrammatikaya fikir versən daha yaxşı olar,bir də bütün mətni Bold eləmə. Adamın gözü ağrayır. :(

    ReplyDelete
    Replies
    1. Mən elə rahat oxunsun deyə eləmişəm bunu. Qrammatika biraz təbiilik olsun deyə rəsmiyə qaçmadım :) Təşəkkürlər oxuyub , rəy bildirdiyinizə görə :)

      Delete