Friday 21 August 2015

Düzgün velosiped seçimini necə etməli ?!

  Velosipedi harada istifədə etməyi düşünürsünüz? Şəhərdə , meşəlik-dağlıq ərazidə yoxsa şosse yollarda? Velosipedi nə məqsədlə istifadə etməyi fikirləşirsiniz? Nəqliyyat vasitəsi kimi ya əyləncə üçün?! 21, 24, 27 , 30 sürət, Alüminium, Karbon-fiber, Shimano sözlərini eşidib fikirləriniz qarışmış və çaş-baş vəziyyətdə qala bilərsiniz.


                
Velosiped alacaqsız amma hansını? İlk qərar verəcəyiniz sual hansı növ velosipedin sizə uyğun olmasıdır. Dağ velosipedi, şəhər velosipedi və yarış (şosse velosipedi) olaraq 3 əsas qrupa daxil olan növlərdən birini seçdikdən sonra diqqət etməniz vacib olan ən əsas məqamlardan biri də velosipedin çərçivə (rama) ölçüsünün sizə uyğun olmasıdır. Bunun ideal ölçüsü isə budur: Ayaqlarınız yerdə , velosipedin üst borusu üstündə durduğunuz zaman boru ilə aranızda dağ velosipedində 3-4sm, yarış və tur velosipedlərində 2,5sm olmalıdır. Çərçivə (rama) ölçüsü , velosipedin digər ölçüləri arasında ən çox önəm daşıyanıdır.   Aşağıdaki cədvəl ümumi olaraq ayaq boyu ilə çərçivə boyunun arasında olan nisbəti göstərir. Bu cədvəldəki ölçülər ümumi olmasında ziyadə, şəxsin öz qərarına görə də fərqli ola bilər

   Bu cədvəldəki bir istisna var : Nümunə olaraq 185 sm boyunda olan biri 19" çərçivəyə oturacağı kimi bir ölçü kiçik çərçivəyə də oturada bilər. Burada əsas məntiq, velosipeddə ağırlıq mərkəzi yerə yaxın olduqca, sizin velosipedi idarə etməyiniz daha asan ola bilər. Əsasən də bunu yarış iştirakçılar edir. Çünki ərazi şərtlərində, dağ velosipedi istifadə edən biri üçün idarə edə bilməsi hər şeydən daha əsasdır.   
DAĞ VELOSİPEDİ : 

Dağ velosipedi, təbiəti, zərər vermədən kəşf etmək üçün ən uyğun vasitədir. Dağ velosipedinin disk ölçüləri 26" , 27.5", 28" yada 29" olur. 

Dağ velosipedlərinin də öz aralarında fərqlilikləri vardır: 

XC yarış velosipedləri (Hardtrail) - Adını , "Cross Country" deyimindən alan XC velosipedləri ümumi olaraq çətin ərazi şərtləri üçün  yaradılmış, tamamilə performansa üstünlük verilən velosipedlərdir. Ümumi olaraq bu velosipedləri yüngül olması əsas götürülür. Gövdəsi ümumilikdə karbon materiallardan olub, amartizator seçimi olaraq 80-100mm sıxılma məsafəli amartizatorlar yarışlar üçün daha uyğundur.
                             
XC cüt amartizatorlu velosipedlər  - Bu velosipedlər əsas ad olaraq "Full Suspension" adı ilə tanınır. Dağ velosipedi deyərkən ağıla gələn ilk velosiped növüdür və ümumilikdə ən çox istifadə olunan, bəyənilən bir velosiped növüdür. Bu velosipedlərdə ümumi olaraq həm öndə həm də arxada amartizator vardır. Aktiv amartizatorlar, qalın təkərlər, bu velosipedi ərazi üçün imtina edilməz edər. XC yarış velosipedlərnə görə performansı daha aşağıdır. Amma digər velosipedlərə görə daha əyləncəlidir.
                                
 Sərbəst sürüş (Freeride) , Eniş (DownHill) velosipedləri və ya Enduro - Bu tip velosipedləri istifadə edən sürücülər, velosipedçiliyin ən pik nöqtlərini kəşf etmək istəyənlərdir. Çox yüksək təpələrdən, özləri düzəltdiyi tramplinlərdən tullanarmaq onlar üçün ən böyük əyləncədir. Bu velosipedlərin ümumi olaraq forması arxaya doğru meyllidir. Bu növ velosipelər ilə keçilməsi çətin qayalarin üzərində aşıb keçmək heçdə çətin deyil. Enişlərdən enmə performansı çox yüksək olmasına baxmayaraq, yoxuş qalxma performansı çox zəifdir.
                                 
  Bu velosipedlər ümumilikdə qalın təkərli olur. Ən çox istifadə olunan şin ölçüsü 26x1.95 inçdir. İstənildiyində daha incə, dişsiz, asfalt yollara uyğun şin ilə dəyişmək mükün olur. Şinin dişli olması ərazidə tutunma qabiliyyətini daha da artırır. Hər vəziyyet üçün ayrı növ şinlər olmasına baxmayaraq ümumi məqsədli şin seçimləri də mümkündür. Nümunə olaraq, düz asfaltda gedəcəksizsə "slick" deyilən üzəri düz olan şin seçimi daha uyğun olar. Bu şinlərin ən əsas mənfi xüsusiyyəti yaş şəraitdə digər şin növlərinə görə daha çox sürüşməsidir. Çətin ərazi şəraitinə uyğun olanı isə qalın və dişli olanıdır. Burada sürüşkən ərazidə tutunması əsas götürülmüşdür. Üçüncü bir növ isə "semi-slick" adı ilə tanınan, həm asfalt həm də çətin ərazi şəraitinə uyğun olan bir seçimdir. Bu növ şinlərin üzərində az sayda diş və şin altindan su çıxarması üçün kanallar vardır. "Slick" şinlər ilə sürtünmə az olduğu üçün daha sürətli getmək mümkün olduğu halda, dişli şinlərdə asfaltda sürtünmə çox olduğu üçün sürətlər getmək mümkün deyil.
  Əyləc sistemiləri isə velosiped seçimində ən çətin qərar verilən mövzulardan biridir. Velosipedlərdə halhazırda 3 növ əyləc sistemi vardır : V-tip, mexanik disk və hidravlik disk  
  V-tip əyəclər hal-hazırda istifadə olunan ən yayılmış sistemlərdən biridir. Maliyəsi ən uyğun və ucuz olan sistemdir. Buradaki sistem, əyləc yastıqlarının təkər diskinin yan tərəfinə basılması ilə dayanmağı təmin edir. Bu sistem quru vəziyyətdə və uygun yastıq istifadəsində təsiri daha da yüksəkdir. Bu sistemin tək mənfi xüsusiyyəti yağışlı və palçıqlı şəraitdə disklərin yaş olması və ya palçığın disk və yastıq arasına girməsi ilə islanan disk səthi əyləc performansını 10-20% azaldır. Ancaq uyğun yastıq dəyişilməsi ilə yaş şəraitdə əyləc performasını 5%-ə qədər azalmasına kömək edər.
  Mexanik disk əyləclər isə maliyə tərəfdən uyğun olan əyləc sistemlərindən biridir. Disk mərkəzinə bağlı olan disk sisteminin sıxılmasına əsaslanan bu sistem, avtomobil və motosikllarda istifadə olunan sistemlərə bənzəyir. Əyləc performası quru şəraitdə V-tip əyləclər ilə eynidir. Yaş şəraitdə isə təsir itkisinin olmaması ən böyük üstünlüyüdür.
   Hidravlik disk əyləclər isə hal-hazırkı dövrdə istifadə olunan ən üst səviyyə əyləc performansı olan sistemlərindən biridir. Bütün üst səviyyə modellərdə bu tip əyləclər istifadə olunur. Sistem hidravlik bir qolun sıxılması ilə çalışır. Bu sistemin mexanik və V-tip əyləclərdən əsas fərqi, adını çəkdiyimiz əyləc sistemlərində 1vahid qüvvə əyləclərə 1vahid qüvvə olaraq ötürülür. Hidravlik sistemlərdə isə bu 1vahid qüvvə əyləclərdə 3vahid qüvvə nisbətinə bərabərdir. Yəni, əyləc qolunu 10N(1kq) qüvvə ilə sıxdıqda əyləclər 30N(3kq) qüvvə ilə diskə təsir edir. Sistemin əsas üstünlüyü də bu qüvvə qazancıdır.
   Velosiped çərçivəsi günümüzdə ən böyük texnologiya rəqabətinə şahiddir. Ümumilikdə ən çox istifadə olunan material alüminiumdur. Qiymət olaraq ucuz olmasından əlavə yüngül olması kimi böyük üstünlüyə malikdir. Müxtəlif emal texnologiyası ilə sərtliyi artırılan bu material hazırki standartlara uyğun bütün velosipedlərdə istifadə olunur.
  Karbon-fiber və ya sənayedəki adı ilə "qara mirvari" günümüzdə ən məşhur çərçivə materiallarından biridir. Bu karbon dediyimiz əslində liflərdən yaranır. Müəyyən istilik vasitəsi ilə qızdırılan bu karbon lifləri gərilməyə davamlıdır. Əməliyyat isə ümumi olaraq incə qat alüminium üzərinə epoksi adlı yapışdırıcı vasitəsi ilə uyğun təzyiq nisbətində sıxılaraq yaradılmaqdadır. Bu emal sayəsində inanılmaz yüngül və sərtlikli bir material ərsəyə gəlir. Ən əsas mənfi xüsusiyyəti isə liflərdən düzəltildiyi üçün , liflərdə yaranan hər hansısa zədələnmə və ya çatlama çərçivənin çatlama-qırılmasına səbəb olur.
 Amartizator da hal-hazırda texnologiya rəqabaətinə səbəb olan digər avadanlıqdan biridir. Əsas işləmə prinsipi yerdən gələn zərbələri udmasıdır. İstifadə olunan yerə görə fərqli nəticələr göstərə bilər. Əsas olaraq yay ilə çalışan amartizatorlar yerini yay əvəzinə hava və hidravlik sistemlərinə vermişdir. Amartizatorlarda "Lock Out" deyilən sistemin ən böyük müsbət xüsusiyyəti yoxuş qalxarkən ayağa qalxaraq pedal çevirmək üçün xərclədiyiniz qüvvətinin çox az hissəsi amartizatorlar tərəfiindən udulmasıdır.
  Cüt amartizatorlu velosipedlərdə pedala qüvvə verdikdə, qüvvənizin müəyyən hissəsi amartizator tərəfindən udulmasına və daha çox qüvvə sərf etməyinizə
 səbəb olur. "Hardtrail" növ velosipedlərdə bu cür problemlər olmur.
  Cüt amartizatorlu velosipedlərin çətin ərazilərdə bacarıqları daha çoxdur və bir o qədər də istifadə etdiyiniz qüvvə çoxdur. Bu tip velosipedlərin arxa hissəsi ön hissəyə bağlı olmadığından  yolu daha yaxşı hiss etməyə imkan verir. Bu tip velosipedlərin əsas üstünlüklərindən biri də rahatlığıdır. Bu onu digər növlərdən ayıran əsas xüsusiyyətidir.

ŞƏHƏR VELOSİPEDİ : Ümumilikdə 28" disk ölçüsünə malik olan şəhər velosipedləri asfalt yol üçün ən uyğun olanıdır. Palçığlı və ön-arxa təkər üstlükləri (krlo) olan uzun yol üçün yaradılmış bu velosipedlərdə də çərçivə ölçüsü vardır. Dizayn olaraq yarış velosipedlərnə oxşasalar da, rahatlıq olaraq onlardan çox fərqlidir.

                                 
Bu tip  velosipedlərin də digər bir fərqli növü vardır :

Hibrid velosipedlər -  Bu velosipedlər əsasən şəhər içi istifadəyə uyğundur. Bu velosipedlərdə sükan, oturacağın ölçüsü  və yerləşmə forması tam rahatlıq üçün dizayn olunmuşdur. Dizayn və yüngüllük cəhətdən yarış velosipedlərnə bənzəsə də komfortlu olması əsas fərqli cəhətidir. Hibrid adının verilməsinin səbəbi isə yarış həndəsi formasına sahib olub dağ velosipedi xüsusiyyətlərini özündə cəmləməsidir. Böyük sürət ötürücüsünə malik olması hər növ yola uyğundur.

                                  

YARIŞ VELOSİPEDLƏRİ :

Texnologiyanın ən üst səviyyəsinin bariz nümunəsi olan bu velosipedlərin əsas xüsusiyyeti yüngül olmasıdır. Aeordinamika olaraq bütün velosiped bir sürət aparatıdır. Velosipedçi velosiped üzərində əyili vəziyyətdə əyləşir. Buna səbəb hava müqavimətinin azaldılmasıdır. Şəhər velosipedləri kimi diskləri 28" olmasına baxmayaraq, əsas fərq olaraq şinlərin daha incədir. Çərçivə ölçüsü bu tip velosipedlərdə əsas amildir. Yarış şəraitində icazə verilən minimal ağırlıq 6,8 kq-dır.
Bu velosipedin isə növləri belədir :

Şosse velosipedi -  Şosse velosipedi deyərkən ilk ağıla gələn 28" disk ölçüsünə uyğun gələn velosipedlərdir. Aerodinamik xassələr daha ön plandadır. Həndəsi ölçüləri fərqli növ olmasına baxmayaraq əsas məqsəd sürətdir.

                               

Zamana qarşı və ya Triatlon velosipedləri -  Bu növ velosipedlərin tamamilə məqsədi sürətdir. Sürücü xüsusi forma geyinərək tamamilə aerodinamik bir vəziyyət halında velosipedi idarə edir. Bütün bu növ velosipedlər laboratoriyalarda test olunaraq ərsəyə gətirilmişdir. Hazırlanma materialları yariş velosipedləri ilə oxşardır.

                               

Salon(Velodrom) velosipləri - Bu növ velosiped bir velosipedçinin istəyə biləcəyi ən son velosiped növüdür. İdman salonlarına bənzəyən qapalı bir arenada ( Velodromda) istifadə olunan bu velosipedlər tamamilə ötürücüsüz və əyləcsizdir. Daha çox güc və daha çoxhazırlıq tələb edən bu velosiped növü son zamanlar ən çox diqqət çəkən növlərdən biridir.

                               
Mənbə : www.yesilpedal.org (mətn) 
                www.google.com (şəkillər)

No comments:

Post a Comment